Evində meyiti tapılan “MasterChef Türkiye 2021” qalibi, məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi məlum olmağa başlayıb.
1xeber.media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Erenin qəfil ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Şurasının apardığı ilkin müayinələr başa çatıb.
Onunla bağlı ilkin autopsiya hesabatında hər hansı məlum xroniki xəstəliyinin və ya həyatı üçün təhlükə yaradacaq sağlamlıq probleminin olmadığı qeyd edilib.
Məlumata görə, ekspertlərin ilkin rəyində məşhur aşpazın ölümünə ürək tutmasının səbəb olduğu bildirilib.