Macarıstanda magistral yolda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb.
1xeber.media xarici mediaya istinadla xəbər verir ki, bu barədə macar polisi açıqlama yayıb.
Bildirilib ki, qəza nəticəsində 12 nəfər ölüb, yaralananlar var.
Avtobus Budapeştdən təxminən 140 kilometr şərqdə aşıb. Polisin verdiyi açıqlamada qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb kimi göstərilir.