Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Açıq Hava Muzeyi ərazisində baş verən yanğında 1667-ci ilə aid taxta kilsə tamamilə yanıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə 140-a yaxın yanğınsöndürən cəlb olunsa da, binanı və daxilindəki antik əşyaları xilas etmək mümkün olmayıb.
Muzey rəhbərliyi abidənin qiymətsiz olduğunu və bərpasının qeyri-mümkünlüyünü bildirib.
Hadisənin səbəbi araşdırılır, muzey müvəqqəti bağlanıb.


