Вернуться назад Распечатать

Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurdu

Ukrayna Müdafiə Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib.

1xeber.media bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalına istinadən xəbər verir.

Obyektin ərazisində yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Qeyd edək ki, həmin kombinat Rusiya müdafiə-sənaye kompleksinin müəssisəsi olub, "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinin sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edir.