“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.
1xeber.media xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda “Sumqayıt”a qalib gəlib – 3:1.
“Ağ-qaralar” sonuncu dəfə 2022/2023-cü illər mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.
“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.
“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/2002-ci illər mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.