Вернуться назад Распечатать

Rusiyalı pilotlar ABŞ kəşfiyyat gəmisi ilə görüşlərdən danışdı

1xeber.media xəbər verir ki, Rusiya Sakit Okean Donanmasının dəniz aviasiyasına məxsus İl-38N sualtı qayıq əleyhinə təyyarələrinin ekipajları ABŞ Hərbi Dəniz Qüvvələrinin “Loyal” kəşfiyyat gəmisinin fəaliyyətini dəfələrlə qeydə alıblar.

Bu barədə İl-38N təyyarəsinin “Kreçet” çağırış adlı şturmanı “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sakit Okean Donanmasının patrul təyyarələrinin döyüş həyəcanı ilə növbəyə qalxması adi haldır. Ekipajlar, xüsusilə Sakit okeanda fəaliyyət göstərən “Loyal” gəmisinin hərəkətlərini izləyirlər.

“Onlar sualtı mühiti öyrənmək üçün tros buraxa və gördükləri hər şeyi qeydə ala bilərlər. Təcrübə göstərir ki, onlar sadəcə üzmürlər, strateji vəzifələri yerinə yetirərək fəaliyyət göstərirlər”, – deyə rusiyalı pilot bildirib.

Məlumata görə, İl-38N təyyarələri sualtı qayıqların aşkarlanması və dəniz ərazilərinin müşahidəsi üçün istifadə olunur. ABŞ-ın “Loyal” gəmisi isə kəşfiyyat və müşahidə missiyaları həyata keçirir.