1xeber.media unikal-a istinadən xəbər verir ki. AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Anar Babayevin atası Zöhrab Babayev jurnalistlərə açıqlama verərək, hava limanında gömrük işçiləri tərəfindən lüzumsuz yerə gözlədildiyini bildirib:
"Mən də, yoldaşım da 5 saat yarım ac vəziyyətdə gömrükdə gözləmişik. Soyuqda bizə işgəncə verdilər. Heç olmasa orada bir otaq yaradın ki, orada oturaq", - deyə Z.Babayev qeyd edib.