1xeber.media xəbər verir ki, Moskvanın Çeryomuşkinski Rayon Məhkəməsi Rusiyanın ən böyük avtomobil dilerlərindən biri olan “Rolf” şirkətinin təsisçisi Sergey Petrova qarşı qiyabi hökm çıxarıb.
Məhkəmə Petrovu xaricə 4 milyard rubl vəsait çıxarmaqda təqsirli bilib. O, 9 il müddətinə azadlıqdan məhrum edilib və əlavə olaraq 800 min rubl cərimələnib.
Hazırda Avstriyada yaşayan Petrov 2019-cu ildə istintaqdan gizlənib. Daha sonra Avstriya vətəndaşlığı əldə edib.
İş üzrə “Rolf” şirkətinin digər rəhbərləri də mühakimə olunub. Şirkətin top-meneceri Anatoli Kayro 2023-cü ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
“Rolf”un keçmiş baş direktoru Tatyana Lukovetskaya və Panabel Limited ofşor şirkətinin rəhbəri Georgi Kafkaliya da qiyabi olaraq 8 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.
Məlumata görə, Lukovetskaya İspaniyada, Kafkaliya isə Kiprdə yaşayır.