1xeber.media xəbər verir ki, Rusiyada Ukrayna Silahlı Qüvvələrinin (USQ) ölkə ərazisinə hücumlarının coğrafiyasının son günlərdə əhəmiyyətli dərəcədə daraldığı bildirilib.
Bu barədə “Arxangel spetsnaza” Telegram kanalının müəllifi məlumat yayıb. Onun sözlərinə görə, son sutka ərzində Ukrayna tərəfindən hücumların qeydə alındığı ən uzaq məntəqə Həştərxan vilayəti olub. Burada bir neçə pilotsuz uçuş aparatı vurulub.
Müəllif hesab edir ki, bu vəziyyət dolayı olaraq Ukrayna tərəfindən növbəti zərbələrin Rusiyanın cənub bölgələrinə, o cümlədən Xəzər dənizi istiqamətinə yönələ biləcəyinə işarə edə bilər.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin daha əvvəl bölgəyə hücum zamanı sənaye müəssisələri və mülki infrastrukturun hədəfə alındığını bildirib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri Yenotayevski rayonunda yaşayış evinə düşüb. Nəticədə evin sakini ağır yaralanaraq ölüb, onun oğlu isə xəsarət almayıb.
Bundan əvvəl isə Belqorod vilayətinin Koloskovo kəndinin raket atəşinə tutulduğu bildirilmişdi. Hücum nəticəsində altı mülki şəxsin öldüyü, daha dörd nəfərin, o cümlədən bir yeniyetmənin yaralandığı açıqlanıb.