1xeber.media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ Prezidenti Donald Trampın NATO sammitindən sonra Türkiyədən qayıdarkən gizli şəkildə təhlükəsiz əraziyə aparılması ilə bağlı əməliyyata münasibət bildirib.
Baqai Tehranda keçirdiyi brifinqdə bildirib ki, törətdikləri cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri daim qorxu və narahatlıq müşayiət edəcək.
İran rəsmisi Minab şəhərində məktəbə və Lamerd şəhərində idman zalına endirilən zərbələri də xatırladıb. Onun sözlərinə görə, Tehran həmin hadisələri unutmayacaq.
“Şübhəsiz ki, bu cinayətləri törədənlər nə etdiklərini bilirlər. Qorxu və narahatlıq daim onları müşayiət edəcək”, – deyə Baqai bildirib.
Bundan əvvəl Trampın Türkiyədən uçuşu ilə bağlı təhlükəsizlik tədbirlərinin detalları açıqlanmışdı. Məlumata görə, ABŞ və İsrail İranın iyulun 8-də Trampın təyyarəsi Türkiyədən havaya qalxarkən daşınan zenit-raket kompleksi ilə hücum planından xəbər tutub.
Məlumatın təsdiqlənməsi üçün vaxtın az olması və ABŞ-la İran arasında müharibə şəraitinin davam etməsi səbəbindən ABŞ Gizli Xidməti riskə getməyərək prezidentin gizli marşrutla təhlükəsiz şəkildə ölkəyə qaytarılması planını hazırlayıb.