Məlum olduğu kimi, Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Rəsmi qurumlar tərəfindən bir müddət əvvəl universitetin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər özəl ali təhsil müəssisələrinə köçürülməsinin planlaşdırıldığı açıqlanıb.
Qeyd edək ki, hazırda təhsillərini davam etdirəcək 1568 tələbə köçürülmə ilə bağlı qərarı gözləyir. Onlardan 1513-ü bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsil alıb.
Lakin yeni tədris ilinin başlamasına təxminən bir ay qalmasına baxmayaraq, tələbələrə köçürüləcəkləri universitetlərlə bağlı hələ də məlumat verilməyib. Bu isə tələbələr arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərdik.
Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, məsələ hazırda icradadır:
"Mövzu ilə bağlı yeni məlumat olduğu zaman ictimaiyyətlə dərhal bölüşüləcək”.