Bu ilin ilk altı ayında Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 340 layihə üzrə işlər həyata keçirilib.
1xeber.media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə sözügedən layihələrin icrasına ümumilikdə 1 milyard 64,1 milyon manat vəsait yönəldilib.
Ayrılan vəsait Böyük Qayıdış çərçivəsində nəzərdə tutulan layihələrin həyata keçirilməsinə sərf olunub.