İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsinə təyin edilib.
1xeber.media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, əmək fəaliyyətinə təhsil sahəsində başlayan İlham Xasməmmədli 2016–2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi çalışıb. O, eyni zamanda 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim vəzifələrində fəaliyyət göstərib.