Вернуться назад Распечатать

Cənubi Koreya 2 ilə nüvə dövləti ola bilər

Cənubi Koreya nüvə silahı yaratmaq imkanına sahib olacağı təqdirdə, bunu təxminən 1,5–2 il ərzində həyata keçirə bilər. Bu barədə rusiyalı koreyşünas Konstantin Asmolov bildirib.

1xeber.media xəbər verir ki, ekspertin sözlərinə görə, Seulda son vaxtlar öz nüvə arsenalının yaradılması ilə bağlı müzakirələr intensivləşib. Bunun əsas səbəblərindən biri ABŞ-ın Cənubi Koreyaya verdiyi təhlükəsizlik zəmanətlərinin gələcəyi ilə bağlı narahatlıqlardır.

Asmolov hesab edir ki, Cənubi Koreyanın əsas məqsədi Şimali Koreya ilə hərbi balansı dəyişdirməkdir. O, Yaponiyanın da qısa müddətdə nüvə silahı hazırlamaq potensialına malik olduğunu, lakin ölkədəki pasifist mövqelərin buna ciddi maneə olduğunu qeyd edib.

Qeyd edək ki, Cənubi Koreya hazırda nüvə silahına malik deyil və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısıdır.