Вернуться назад Распечатать

Rusiyalı bloger amerikalı qadınlar barədə danışıb

Rusiyalı səyahət bloqeri ABŞ səfərindən sonra amerikalı qadınlarla bağlı diqqətçəkən fikirlərini bölüşüb.

1xeber.media xəbər verir ki, bloqer Aleksandr şəxsi bloqunda amerikalı qadınların rusiyalı qadınlardan “daha ağıllı” olduğunu düşündüyünü yazıb.

Onun sözlərinə görə, ABŞ-da qadınlar psixoloji sağlamlıqlarına daha çox diqqət yetirir, uşaqlıqdan öz istəklərinə uyğun yaşamağa çalışırlar. Onlar rahat geyimlərə üstünlük verir, fikirlərini sərbəst ifadə edir və özlərini cəmiyyətin gözləntilərinə uyğunlaşdırmağa məcbur hiss etmirlər.

Bloqer həmçinin amerikalı qadınların kişilərin fikrinə uyğunlaşmağa çalışmadığını bildirib. Onun iddiasına görə, boşanma zamanı da bəzi qadınlar uşaqları mütləq öz yanlarında saxlamağa çalışmır, övladlarını atalarına buraxaraq həyatlarını davam etdirirlər.

Qeyd edək ki, bloqer daha əvvəl Belizdə sərhəd keçidi zamanı yaşadığı hadisəni də paylaşmış və prosesi “bizə kiçik bir kvest təşkil etdilər” ifadəsi ilə təsvir etmişdi.