Вернуться назад Распечатать

186 min nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

Bu ilin iyul ayında Azərbaycanda ailə başçısını itirməyə görə 185,5 min nəfərə pensiya və müavinət ödənilib.

1xeber.media bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 136,3 min nəfəri pensiya, 49,2 min nəfəri isə müavinət alıb.