Вернуться назад Распечатать

Azərbaycanda dövlət borcunun ilin sonuna gözlənilən məbləği açıqlandı

Bu ilin I yarısında Azərbaycanda dövlət borcunun idarəedilməsinədair orta vəuzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 %-dən artıq olmaması) gözlənilib.

1xeber.media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 % təşkil edib. Gələn il yanvarın 1-nə xarici dövlət borcunun 4 milyard 833 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Xarici dövlət borcunun 59,5 %-nin 5 ilə qədər, 34,9 %-nin 5-10 il ərzində, 5,6 %-nin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 % dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur. Daxili dövlət borcunun 55,3 %-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədəolan dövlət istiqrazlarının 51 %-i 5 ilə qədər, 49 %-i isə 5il vədaha artıq istiqrazların payına düşməsi gözlənilir.