Вернуться назад Распечатать

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb - VİDEO (YENİLƏNİB)

Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.

1xeber.media-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.

Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

*** 13:07

Paytaxtın Binəqədi rayonunda tikili yanır. 

1xeber.media-nın məlumatına görə, hadisə Nəsimi metrostansiyasının yaxınlığında qeydə alınıb. 

Tikilinin köhnə fabrik kimi istifadə edildiyi, hazırda anbar kimi istifadə olunduğu deyilir. 

Əraziyə FHN əməkdaşları cəlb olunub.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.

1xeber.media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.