Вернуться назад Распечатать

"Borussiya Dortmund" yeni futbolçu transfer etdi

Almaniyanın “Borussiya Dortmund” klubu Niderlandın PSV komandasının futbolçusu Coui Vermanın transferini elan edib.

1xeber.media xəbər verir ki, Niderland millisinin yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. PSV bu transferdən 22 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Coui Verman Niderland çempionatının 2025/2026-cı illər mövsümündə 30 oyunda 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.