Вернуться назад Распечатать

Rəşad Aslanov etimadnaməsinin surətini Mustafa Cem Gündüzə təqdim etdi

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş idarəsinin rəis müavini Mustafa Cem Gündüzə təqdim edib.

1xeber.media xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X” hesabında paylaşım edib.

“Bu gün etimadnaməmin surətini Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Protokol Baş idarəsinin rəis müavini cənab Mustafa Cem Gündüzə təqdim etməkdən böyük məmnunluq duydum”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 24-də R. Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılaraq, Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.