ABŞ Ukrayna münaqişəsinin nizamlanması istiqamətində yeni danışıqlarçılar vasitəsilə irəliləyiş əldə olunacağına ümid edir.
1xeber.media xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Söhbət ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Rodni Mims Kuk Jr.-dan gedir. O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərək Rusiya rəsmiləri, o cümlədən prezidentin müşaviri Anton Kobyakovla görüşüb.
Qəzetin məlumatına görə, Vaşinqton Kukun kimi gözlənilməz danışıqlarçıların diplomatik dalandan çıxmağa kömək edə biləcəyinə ümid edir.
Bununla belə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Trampın nümayəndəsi SPİEF çərçivəsində Rusiya rəsmiləri ilə qapalı görüşlər keçirməyib.