Вернуться назад Распечатать

Qazaxıstan millisinin yarımmüdafiəçisi Rusiyaya keçdi

Qazaxıstanın “Tobol” klubunda çıxış edən və milli komandanın üzvü olan İslam Çesnokov “Krılya Sovetov”a keçib.

1xeber.media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Samara klubunda 2026/27 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun mövsümün sonunda birdəfəlik alınması üçün şərt də yer alıb.

Çesnokov “Tobol”un heyətində 103 oyunda 30 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Qazaxıstan millisində isə 24 matç keçirib və iki qol vurub.

Cari mövsümdə futbolçu Konfrans Liqasının təsnifat mərhələsində 4 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Çesnokov 2024-cü ildə Qazaxıstan Premyer Liqasının ən yaxşı futbolçusu və bombardiri seçilib. 2026-cı ilin əvvəlində Şotlandiyanın “Hart of Midlothian” klubuna keçən yarımmüdafiəçi 11 oyunda bir qol vurduqdan sonra iyunda “Tobol”a qayıdıb.