Вернуться назад Распечатать

Rusiyada internetdəki nasazlığın səbəbi açıqlanıb

Rusiyada internetdə yaranan genişmiqyaslı problem böyük rabitə qovşaqlarından birində elektrik enerjisinin verilişində yaranan fasilələrlə əlaqələndirilib.

1xeber.media xəbər verir ki, bu barədə domen qeydiyyatçısı “Reg.ru” TASS-a açıqlamasında məlumat verib.

Şirkətin məlumatına görə, problem onun daxili infrastrukturu ilə bağlı deyil. Böyük rabitə qovşağında elektrik enerjisinin kəsilməsi nəticəsində bəzi internet resurslarına giriş müvəqqəti olaraq mümkün olmayıb.

“Reg.ru” problemin yaxın zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın internet seqmentində genişmiqyaslı nasazlıq baş verdiyi, bir sıra operatorların müştərilərinin bağlantı problemi yaşadığı bildirilmişdi. Həmçinin mobil bankçılıq tətbiqləri və striminq xidmətlərinin işində də problemlər qeydə alınmışdı.