Moskvada istehlakçıların enerji ilə təchizatı hazırda normal rejimdə həyata keçirilir.
1xeber.media xəbər verir ki, bu barədə Moskva şəhər təsərrüfatı kompleksindən məlumat verilib.
Bildirilib ki, enerji təchizatı mənbələrinin texniki qaydada dəyişdirilməsi zamanı paytaxtın Qaqarin rayonunda və bir sıra digər ərazilərində bəzi istehlakçıların elektrik enerjisi ilə təminatında qısamüddətli fasilə yaranıb.
Hazırda enerji təchizatının tam normal rejimdə olduğu qeyd edilib. Şəhər təsərrüfatı qurumu sosial şəbəkələrdə hadisənin nəticələri ilə bağlı yayılan bəzi məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın internet seqmentində genişmiqyaslı nasazlıq baş verdiyi barədə məlumat yayılmışdı.