Вернуться назад Распечатать

Tramp Omana zərbə endirməklə hədələyib

ABŞ prezidenti Donald Tramp Omanı İranla Hörmüz boğazından keçən gəmiçiliyin idarə olunması ilə bağlı mümkün razılaşmaya görə hərbi zərbə ilə hədələyib.

1xeber.media xəbər verir ki, bu barədə Associated Press regional rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Oman İranla elə bir razılaşma hazırlayır ki, gəmilər Fars körfəzinə İranın nəzarət etdiyi marşrutla daxil olacaq, daha sonra isə Oman tərəfindən nəzarət olunan marşrutla çıxacaq.

ABŞ administrasiyası razılaşmanın bəzi müddəalarına, o cümlədən marşrutun İran və Oman tərəfindən birgə idarə olunmasına qarşı çıxıb.

Daha əvvəl Tramp Vaşinqtonun Hörmüz boğazına nəzarət məsələsində qarşısını almağa çalışacağı təqdirdə Omana zərbələr endirilə biləcəyini bildirmişdi. Bundan sonra ABŞ Konqresində Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı yeni təşəbbüslər gündəmə gəlib.