Cənubi Koreyada prokurorluq kişilərin içkilərinə yüksək dozada sakitləşdirici dərmanlar qatmaqda təqsirləndirilən 21 yaşlı Kim So Yon üçün ölüm cəzası istəyib.
1xeber.media xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.
İttihama görə, qadın 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər 20-30 yaş arası kişilərlə kafe və otellərdə görüşərək onların içkilərinə sakitləşdirici və yuxugətirici dərmanlar əlavə edib. O, bəzi hallarda içkini asma simptomlarına qarşı vasitə kimi təqdim edib.
Hadisələr nəticəsində iki nəfər ölüb, daha dörd nəfər zərər çəkib.
Kim So Yon dərmanları mümkün təcavüzlərdən qorunmaq üçün əlavə etdiyini iddia etsə də, məhkəmə bu versiyanı qəbul etməyib. İstintaq onun cinayətləri şəxsi maddi tələbatlarını təmin etmək məqsədilə törətdiyini hesab edir.
Prokurorluq təqsirləndirilən şəxsin istintaq dövründə də cinayət törətməyə davam etdiyini və əməllərindən peşmanlıq göstərmədiyini bildirib. Psixoloji ekspertiza isə onda psixopatik pozuntu ehtimalını müəyyən edib.
Kim So Yon fevralın 19-da həbs edilib. Bundan sonra sosial şəbəkələrdə bəzi istifadəçilərin onu “cinayətkar olmaq üçün çox gözəl” adlandıraraq müdafiə etməsi diqqət çəkib.
Məhkəmənin hökmü avqustun 27-də elan etməsi gözlənilir.