Вернуться назад Распечатать

İran ABŞ-la müvəqqəti atəşkəsdən imtina edib

İran ABŞ-la müvəqqəti atəşkəs rejiminə ehtiyac olmadığını və məqsədinin müharibənin tamamilə başa çatması olduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazirin sözlərinə görə, bir sıra ölkələr İran və ABŞ arasında münaqişənin həlli üçün vasitəçilik etməyə çalışıb. Lakin Tehran onlara mövqeyini açıq şəkildə çatdırıb.

“Biz atəşkəs istəmirik, müharibənin başa çatmasını istəyirik. Biz 12 günlük müharibənin atəşkəslə bitməsini, bir neçə aydan sonra isə yenidən başlamasını istəmirik”, – Əraqçi deyib.

Daha əvvəl İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurası üzvlərinin ABŞ və İsrailin Tehrana qarşı hərəkətlərini pisləyən qəti mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bildirmişdi.