Вернуться назад Распечатать

İranda ABŞ rəsmilərinə “klounlar komandası” deyildi

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-ın maliyyə naziri Skott Bessent və Pentaqon rəhbəri Pit Heqseti sərt şəkildə tənqid edib.

1xeber.media xəbər verir ki, Qalibaf bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ABŞ İran üzərində təzyiqi artırmaqla Tehranın güzəştlərə getməsinə nail olacağını düşünür. Qalibaf isə bu yanaşmanı tənqid edərək Bessent və Heqsetin vəziyyəti həll etmək iqtidarında olmadığını bildirib.

“Bessent və Heqset açıq şəkildə bacarıqsızdırlar. Özünüz yaratdığınız qarışıqlığı aradan qaldırmaq üçün klounlar komandasının şlyapadan dovşan çıxarmasını gözləməyi dayandırın”, – Qalibaf yazıb.

Daha əvvəl Qalibaf Hörmüz boğazının ABŞ tərəfindən İranla imzalanmış memorandum üzrə şərtlər yerinə yetirilənədək bağlı qalacağını açıqlamışdı. Bu şərtlər arasında blokadanın aradan qaldırılması, dondurulmuş aktivlərin açılması və neft sanksiyalarının ləğvi də yer alır.