Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkədə prezident və parlament seçkilərinin keçirilməsinin vacibliyini bildirib.
1xeber.media xəbər verir ki, Kuleba bunu “Novosti Live” YouTube kanalının efirində deyib.
Onun sözlərinə görə, münaqişə başa çatmamışdan əvvəl parlamentdə yeni koalisiya formalaşdırılmalı və bununla ölkədə “konstitusion balansın bərpası” təmin edilməlidir.
Kuleba hesab edir ki, münaqişə başa çatdıqdan dərhal sonra növbədənkənar seçkilər keçirilməlidir.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət səbəbindən prezident və parlament seçkiləri keçirilmir. Keçmiş prezidentin mətbuat katibi Yuliya Mendel daha əvvəl Vladimir Zelenskini ölkənin əsas problemlərindən biri adlandırmış və onun münaqişənin davam etməsindən siyasi baxımdan faydalandığını iddia etmişdi.