ABŞ Maliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane və məhkəmənin vəkili Abdullaye Seye qarşı sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar çərçivəsində Akane və Seye ilə maliyyə əməliyyatlarının həyata keçirilməsi qadağan edilib. Həmçinin həmin şəxslərin birbaşa və ya dolayı yolla 50 faiz və ya daha çox paya sahib olduğu hüquqi şəxslər də məhdudiyyətlərə daxil edilib.
ABŞ Dövlət katibi Marko Rubio daha əvvəl BCM-ni “qeyri-legitim təşkilat” adlandırmışdı. O, məhkəmənin ABŞ-a qarşı “beynəlxalq hüququn gücündən” istifadə etdiyini iddia edərək onun ləğv edilməli olduğunu bildirmişdi.