Xarkov vilayətinin Voloxovoy Yar yaşayış məntəqəsində zərbədən sonra müəssisələrdən birində yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu barədə “Ukraina.ru” məlumat yayıb.
Məlumata görə, obyektə zərbə endirildikdən sonra ərazidə yanğın başlayıb.
Hadisənin hansı obyektə zərər vurduğu və zərbənin nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Kiyev yaxınlığındakı Brovarıda yerləşən paylama mərkəzlərindən birinə zərbə endirdiyi və obyektin ciddi zərər gördüyü barədə məlumat yayılmışdı.