Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ballistik raket istehsalının dünyada onlar üçün istehsal olunan ələkeçiricilərin sayından çox olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Kuleba bunu “Novosti Live” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu səbəbdən Kiyev Rusiya ballistik raketlərinə qarşı effektiv müdafiə qura bilmir. Kuleba 2026-cı ildə Ukraynada ballistik raketlərlə mübarizə məsələsində hər hansı ciddi həll yolunun tapılacağına ümid etməyin düzgün olmadığını vurğulayıb.
Keçmiş nazir əlavə edib ki, Ukraynanın hər zaman kifayət qədər ələkeçiriciyə sahib olmasını təmin edən sistem yaratmaq fiziki baxımdan mümkün deyil.
Kuleba eyni müsahibəsində Ukraynada prezident və parlament seçkilərinin keçirilməsinə də çağırış edib.