Вернуться назад Распечатать

Rusiya MN Ukrayna qırıcısının məhv edildiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 qırıcısının məhv edildiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, nazirliyin məlumatına görə, Ukrayna təyyarəsi ilə hava döyüşünə Rusiya Aerokosmik Qüvvələrinin hərbçiləri daxil olub. Hadisənin baş verdiyi ərazi açıqlanmayıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin sutka ərzində 1671 uzaqmənzilli PUA-nı məhv etdiyini bildirib.

Qeyd edək ki, avqustun 18-nə keçən gecə Rusiya HHM sistemlərinin ölkə ərazisi üzərində 790-dan çox Ukrayna PUA-sını vurduğu açıqlanmışdı. Hücumların Tula və Vladimir vilayətləri, Krım və Krasnodar diyarı da daxil olmaqla 16 regiona yönəldiyi bildirilmişdi.