Böyük Britaniya Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Endryu Börnhəm bildirib.
Onun sözlərinə görə, Londonun Kiyevə dəstəyi Ukraynanın özünü müdafiə edə bilməsi məqsədi daşıyır. Baş nazir əvvəlki hökumətlərin də bu mövqedə olduğunu və siyasətin dəyişməyəcəyini vurğulayıb.
“Biz yalnız yaxşı günlərdə dost deyilik. Çətin günlərdə də Ukraynanın yanında olacağıq və bu dəyişməyəcək”, – Börnhəm deyib.
Bundan əvvəl Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanı Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Britaniya istehsalı PUA-lardan istifadə etməyə icazə verməkdə ittiham edib.
Rusiya diplomatik nümayəndəliyi bunun Londonun münaqişənin eskalasiyasına şüurlu şəkildə yönəlmiş siyasət yürütdüyünü göstərdiyini bildirib. Britaniya tərəfi isə Ukraynaya dəstəyinin davam edəcəyini bəyan edib.