Вернуться назад Распечатать

Rusiya Ermənistandan hesabat tələb etdi - İrəvan cəzalandırılır

Rusiya sanitar yoxlamalar barədə hesabat və Ermənistandan AİB-nin tələblərinə riayət etmək üçün aydın bir plan gözləyir.

1xeber.media xəbər verir ki, bu barədə "Rosselxoznadzor" Rusiya mətbuatına açıqlayıb. 

"Rosselxoznadzor Ermənistan tərəfindən araşdırmanın nəticələrini və görülən tədbirlər barədə məlumatları, eləcə də Ermənistan tərəfinin AİB-in baytarlıq və fitosanitar tələblərinə riayət etmək üçün təklif etdiyi hərəkətlər alqoritmini gözləyir", - deyə departamentdən bildirilib.

Xatırladaq ki, may ayının əvvəlindən Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Daha sonra Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Ermənistanın əvvəlki həcmdə kənd təsərrüfatı məhsullarının tədarükünü yalnız AİB baytarlıq və fitosanitar standartlarına ciddi şəkildə əməl olunacağı təqdirdə bərpa edə biləcəyini açıqlayıb.