Birləşmiş Ərəb Əmirlikləri İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən regional eskalasiya fonunda İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatları sonrakı xəbərdarlığa qədər dayandırılıb", - deyə məlumatda qeyd olunub.
BƏƏ Xarici İşlər Nazirliyi İranla iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları rədd edib və regionda sülhün, sabitliyin və rifahın təşviq edilməsinin vacib vasitələri kimi dialoqa, əməkdaşlığa və regional inteqrasiyaya sarsılmaz sadiqliyini təsdiqləyib.