Türkiyənin Manisa şəhərinin Salihli rayonunda baş verən partlayışda iş adamı Nazif Kavas (55) həyatını itirib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Partlayışdan sonra başlayan yanğın qruplar tərəfindən nəzarət altına alınsa da, müəssisəyə baxış zamanı iki nəfərin cansız cəsədi tapılıb.
Partlayışda ölən iş adamı bu gün dəfn edilib.
Hadisə ilə bağlı istintaq davam edir.