Вернуться назад Распечатать

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi - Fotolar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

1xeber.media Qazaxıstan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.

Azərbaycanla yanaşı, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Tokayevə təqdim ediblər.