1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İrina Mudraya Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə vəzifəsindən azad edilib.
Kiyev rejimi liderinin saytında dərc olunmuş sənəddə deyilir: "İrina Romanivna Mudraya Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini vəzifəsindən azad edilsin".
Ukrayna Milli Antikorrupsiya Bürosunun məlumatına görə, Mudraya cinayətkar təşkilatın tərkibində 150 milyon qrivna (3,3 milyon dollar) pul yuyub və bu pulların guya saxta şirkətlərin hesabları vasitəsilə ötürüldüyü iddia olunur.