1xeber.media xəbər verir ki, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən sonra rus əsgərləri Belarusdakı Novaya Quta keçid məntəqəsində yerləşdirilib.
"Gördüyümüz kimi, 31 əsgərimiz yaralandığı üçün çoxlu təcili yardım maşınları növbətçilikdədir", - İzvestiya müxbiri Valentin Truşnin bildirib.
Kadrlarda həmçinin rus əsgərlərinin artıq avtobuslara minərək irəlilədikləri də görünür.