Вернуться назад Распечатать

Rusiyada ayı qadın turisti meşəyə sürüyüb parçaladı - Foto

Rusiyanın Altay Respublikasının Artıbaş kəndində ayı turistlərin çadırına hücum edərək bir qızı meşəyə sürüyüb aparıb. 

1xeber.media xəbər verir ki, bu barədə TASS regionun təcili xidmət orqanlarına istinadən məlumat yayıb.

Hadisə nəticəsində turist qız həlak olub.

Qurumların məlumatına görə, hadisənin baş verdiyi turistik bazada istirahət edənlər çadırda gecələyiblər. Yırtıcı meşəyə sürüyüb apardığı qadının yuxarı və aşağı ətraflarını yeyib, cəsədini isə basdırıb.

Yerli sakinlər hadisəyə müdaxilə etməyə çalışsalar da, ayının hücumundan sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Rusiya Daxili İşlər Nazirliyinin Altay Respublikası üzrə Baş İdarəsi həlak olanın 29 yaşında olduğunu təsdiqləyib.

Hazırda heyvanla bağlı hansı tədbirlərin görüləcəyi müzakirə edilir. Mütəxəssislər ayı ilə qarşılaşarkən sakit qalmağı və kəskin hərəkətlər etməməyi tövsiyə edirlər.