Вернуться назад Распечатать

Rus ordusu Vodyanskoyeni işğal etdi

Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Vodyanskoye yaşayış məntəqəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb. 

Məlumata görə, yaşayış məntəqəsinin ələ keçirilməsi Donetsk istiqamətində aparılan hərbi əməliyyatlar çərçivəsində baş verib. Rusiya tərəfinin bu cür döyüş meydanı iddiaları müstəqil mənbələr tərəfindən hər zaman təsdiqlənmir.