Вернуться назад Распечатать

Rus qoşunları Malaya Tokmaçkanı ələ keçirdilər

Rusiya qoşunları Malaya Tokmaçkanı ələ keçirdiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, Rusiya qoşunlarının Zaporojye vilayətində Malaya Tokmaçka yaşayış məntəqəsinə tam nəzarəti ələ keçirdiyi bildirilib.

Məlumata görə, bu barədə “Lost Armor” analitik layihəsi Telegram kanalında məlumat yayıb. Layihənin məlumatında Rusiya qüvvələrinin kəndi “təmizlədiyi” qeyd olunub.

Bildirilib ki, Rusiya bölmələri daha sonra Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində mühüm əhəmiyyət daşıyan Orexov şəhərinin ərazisində döyüşlərə başlayıb.

Qeyd edək ki, Malaya Tokmaçka ətrafında vəziyyətlə bağlı müstəqil açıq mənbələrdə fərqli məlumatlar var və yaşayış məntəqəsinə tam nəzarətin ələ keçirilməsi hazırda müstəqil şəkildə təsdiqlənməyib.