Вернуться назад Распечатать

GTA VI-nın görüntüləri və xəritəsi internetə sızdırılıb

1xeber.media xəbər verir ki, “Grand Theft Auto VI” (GTA VI) oyununa aid olduğu iddia edilən yeni gameplay görüntüləri və oyunun tam xəritəsi internetdə yayılıb. Məlumatlara görə, sızma avqustun 18-də baş verib.

Bildirilir ki, yayılan görüntülərdə oyunun baş qəhrəmanı Ceyson Duvallın basketbol oynadığı, avtomobil idarə etdiyi və döyüşə girdiyi anlar əks olunub. 

Rockstar Games və Take-Two yayılan materialların məzmununu rəsmi olaraq təsdiqləməsə də, şirkətlərin görüntülərin internetdən silinməsi üçün DMCA tələbləri göndərməsi onların real ola biləcəyinə işarə edir. 

Qeyd edək ki, Rockstar Games GTA VI üçün xüsusi təqdimatı avqustun 27-də yayımlamağı planlaşdırır. Oyunun rəsmi buraxılış tarixi isə 19 noyabr 2026-cı il olaraq göstərilir.