Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki obyektlərə hücumlarının müəyyən zərər vurduğunu, lakin kritik nəticələrə səbəb olmadığını bildirib.
1xeber.media xəbər verir ki, Putin bu barədə Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında danışıb.
Rusiya liderinin sözlərinə görə, Ukraynanın hücumları da daxil olmaqla bir sıra amillər ölkə iqtisadiyyatının inkişaf tempinə təsir göstərir.
“Əlbəttə, belə hücumların kritik nəticələri yoxdur, olmayıb və ola da bilməz. Amma onların bizə zərər vurduğu şübhəsizdir”, – Putin bildirib.
Qeyd edək ki, Putin daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əsas məqsəddən diqqəti yayındırmaq üçün hücumlar həyata keçirə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, əsas məqsəd Donbas və Novorossiyanın “tam azad edilməsi”dir.