Вернуться назад Распечатать

Altayda ayı hücumunun səbəbi məlum olub

Altayda turistlərin ayı ilə qarşılaşmasının səbəbi çadırda və bel çantalarında saxlanılan qida ola bilər.

1xeber.media xəbər verir ki, bunu sağ qalma üzrə təlimçi Oleq Tayqa TASS-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, ayıları əsasən kəskin qida qoxusu cəlb edir. Turistlərin yeməkləri çadırda və ya çadırın giriş hissəsində saxlaması vəhşi heyvanın insanlara yaxınlaşmasına səbəb ola bilər.

Təlimçi həmçinin ayının əvvəllər insanlarla qarşılaşmış və onların yaxınlığında olmağa öyrəşmiş ola biləcəyini bildirib. Turist məkanlarının ətrafında çoxlu zibilin olması da ayını cəlb edən amillərdən biri kimi göstərilib.

Qeyd edək ki, daha əvvəl Altayda ayı iki turistin olduğu çadıra hücum edib. Heyvan 29 yaşlı qadını nişanlısının gözü qarşısında meşəyə apararaq öldürüb. Hadisədən sonra bölgədə komendant saatının tətbiqi təklif edilib.