Вернуться назад Распечатать

Putin: Büdcə kəsiri 160 milyard rubl olub

Rusiyanın konsolidə edilmiş büdcəsinin kəsiri 160 milyard rubl təşkil edib.

1xeber.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib.

Putin regionların maliyyə vəziyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, cari ilin ilk yarısında regionların konsolidə edilmiş büdcələrinin həm gəlirləri, həm də xərcləri 5,9 faiz artıb.

Bununla yanaşı, Rusiya Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, 2026-cı ilin yanvar-iyul aylarında federal büdcənin kəsiri təxminən 6,46 trilyon rubl təşkil edib.

Həmin dövrdə Rusiyanın neft-qaz gəlirləri də ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq təxminən 4,6 trilyon rubla düşüb.