Вернуться назад Распечатать

Putin iclasdan sonra nazirləri söhbətə saxladı

Rusiya prezidenti Vladimir Putin Kremlində keçirilən iclasdan sonra bir neçə yüksək vəzifəli şəxsi ayrıca söhbət üçün saxlayıb.

1xeber.media xəbər verir ki, Putin nəqliyyat naziri Andrey Nikitin, maliyyə naziri Anton Siluanov və energetika naziri Sergey Tsivilyovdan iclasdan sonra qalmağı xahiş edib.

Bundan əlavə, Putin prezidentin köməkçisi Vladimir Medinski, Primorsk diyarının qubernatoru Oleq Kožemyako və Saxalin vilayətinin qubernatoru Valeri Limarenko ilə də şəxsən danışmaq istədiyini bildirib.

“Limanenko, Nikitin, sonra Siluanov və Sergey Yevgenyeviç Tsivilyov. Zəhmət olmasa, qonşu otağa keçin”, – Putin deyib.

Görüş Rusiyanın 2030-cu ilə qədər iqtisadiyyatında struktur dəyişiklikləri planının həyata keçirilməsinə həsr olunmuş iclasdan sonra baş tutub.

İclas zamanı Putin hökumətə Ukrayna hücumlarından sonra logistika və anbarların bərpasına kömək göstərməyi tapşırıb. O, bərpa prosesinin yeni texnoloji səviyyədə aparılmasının vacibliyini də vurğulayıb.