Вернуться назад Распечатать

Bağdakı alaq rusiyalılara sərhəddə problem yaratdı

İki Perm sakini bağ sahəsində zəhərli borşeviki vaxtında məhv etmədikləri üçün ölkədən çıxış qadağası ilə üzləşib.

1xeber.media xəbər verir ki, məhkəmə qərarı ilə 15 min kvadratmetrlik ərazidəki borşevikin tamamilə məhv edilməsi tələb olunub. Lakin sakinlər tələbi yerinə yetirmək əvəzinə xaricə istirahətə getmək qərarına gəliblər.

Nəticədə onlara borşevik tamamilə məhv edilənədək Rusiyanı tərk etmək qadağan edilib. İşlər başa çatdıqdan sonra məhdudiyyət götürülüb.