Rusiya Şimal Donanmasının hidroqrafik gəmisi “Romuald Mukleviç” Atlantik okeanında iki aylıq tədqiqat ekspedisiyasından sonra Murmansk vilayətindəki daimi bazasına qayıdıb.
1xeber.media xəbər verir ki, ekspedisiya zamanı dəniz naviqasiya xəritələrinin yenilənməsi üçün məlumatlar toplanıb, radio-naviqasiya və peyk sistemləri araşdırılıb, həmçinin dəniz dibinin relyefi öyrənilib.
Şimal Donanmasının məlumatına görə, hidroqraflar planlaşdırılan tədqiqat proqramını tam şəkildə yerinə yetiriblər.